26 Mart 2020 09:19
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Texas və Florida ştatlarında yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin məlumatına görə, federal hökumət və Konqres tərəfindən təsdiqlənən büdcədən bu ştatlara yardım göndəriləcək.

Qeyd edək ki, indiyədək Floridada təxminən 1500, Texasda isə 900 nəfərdə koronavirus aşkarlanıb.


Müəllif: Teleqraf.com