28 Mart 2020 21:28
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilərəkdən həmkarlarının üzərinə öskürən həkim həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu qəribə hadisə hazırda koronavirusun episentri halına gələn ABŞ-da qeydə alınıb.

Covid-19 epidemiyası ilə bağlı məsafə xəbərdarlığını nəzərə almayan Kory Odlar U. Conn xəstəxanasında həkim işləyən iki məsləkdaşının üzərinə bilərəkdən öskürüb.

Xəbərdarlıqlara baxmayaraq münasibətini dəyişməyən həkim şikayətlərdən sonra polis tərəfindən saxlanılıb.

Xəstəxanadan deyiblər ki, həkim Odqar davranışını bilərəkdən belə sərgiləyib və virusla bağlı tədbirləri ciddiyə almayıb.

ABŞ polisi həkimi cəmiyyətin düzənini pozmaqda günahlandırıb və onun işini məhkəməyə göndərib.

Qeyd edək ki, koronavirus ABŞ-da 1704 insanın canını alıb, 104 mindən çox insan bu infeksiyaya yoluxub.


Müəllif: Cavad

Oxşar xəbərlər