“Böyük irmiliyin” videokonfrans vasitəsilə COVİD-19 epidemiyası ilə bağlı apardığı müzakirədən sonra Rusiya hərəkətə keçərək BMT-yə 6 maddəlik plan təqdim edib.
Teleqraf.com xəbər verir ki, planda koronavirusla effektiv mübarizənin aparılması üçün bir sıra təkliflər yer alıb:
- Qlobal hal alan koronavirus epidemiyası ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koordinasiya mərkəzi elan edilsin.
- Ortaq hərəkət planı qəbul edən ölkələr COVİD-19 epidemiyasına qarşı vaksin tapmaq üçün koordinasiyalı fəaliyyət həyata keçirsin.
- Koronavirusdan ən çox təsirlənən ölkələrə dəstək göstəlsin.
- Ölkələr arasında ticarət müharibələrindən və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalardan imtina edilsin.
- Birinci dərəcəli material və ləvazimatlarla bağlı ədalətsiz qazanc və spekulyasiyaların qarşısına keçilsin.
- Epidemiya ilə əlaqəli dünya ictimaiyyətinə obyektiv məlumat vermək üçün tədbirlər görülsün.
Qeyd edək ki, Rusiyanın BMT Təhlükəsizik Şurasına təqdim etdiyi bu planla faktiki olaraq 2014-cü ildən bu yana sanksiyalar yolu ilə davam edən “Soyuq müharibəyə” ara verilməsini tələb edir.