3 Aprel 2020 12:45
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda COVID-19 koronavirus infeksiyasından ilk ölüm hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə virusla mübarizə üzrə respublika qərargahından məlumat verilib.

“Oş vilayətinin Nookat ərazi xəstəxanasında 61 yaşlı xəstənin bioloji ölümü baş verib”, – deyə “RİA Novosti” qərargah nümayəndəsindən sitat gətirir.

Qeyd edilir ki, vəfat edən şəxs bir müddət əvvəl xaricdən gəlib və onda “ciddi yoluxucu xəstəliklər” aşkar olunub.

Daha öncə Qırğızıstanda koronavirus infeksiyası hallarının sayının 116-ya yüksəldiyi bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər