Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.
Qeyd edək ki, O, Marneuli rayonunun Kəpənəkçi kənd sakinidir./Report/