6 Aprel 2020 10:30
3 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda COVID-19 koronavirus infeksiyası qurbanlarının sayı 109-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə NDTV xəbər yayıb.

Qeyd edilir ki, ölkədə yoluxanların ümumi sayı 4067-ə çatıb. Son sutka ərzində 500-ə yaxın yeni yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı koronavirus infeksiyasına qarşı mübarizəni müzakirə etmişdi.


Müəllif: Səxavət