Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki 20 yaşlı hərbçisi Araik Şahpazyan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçinin cəbhə xəttində yaranmış silahlı qarşıdurma zamanı yaralandığı iddia edilib. Yaralı xəstəxanaya yerləşdirilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Düşmən cavab atəşi ilə susdurulub.