Norveçin səhiyyə naziri Bent Heye ölkə miqyasında koronavirus pandemiyasına nəzarəti ələ aldıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Heye pandemiyaya qarşı ilkin önləyici tədbirlər zamanı ölkədə hər bir yoluxucunun ətrafındakı 2.5 nəfəri yoluxdurduğunu, ötən ay görülən tədbirlər nəticəsində bu rəqəmin 0.7-yə düşdüyünü bildirib.
“Sərt tədbirlər görməsəydik, Avropanın digər ölkələrində baş verənlər Norveçdə də təkrarlanacaqdı”, - nazir deyib.
Heye koronavirusa yoluxma hallarının kəskin şəkildə aşağı düşdüyünü qeyd edib və bunun qarşıdakı günlərdə daha da azalacağını vurğulayıb.
Norveçdə 5755 nəfərdə virus təsbit edilib, 59 nəfər bu səbəbdən həyatını itirib.