Diyarbəkirin Kulp qəsəbəsində odun yığmağa gedən kəndlilərə PKK terrorçuları hücum edib. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları bölgədə təcili əməliyyatlara başlayıb.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, kəndliləri meşəyə daşıyan avtomobili PKK silahlıları atəşə tutub.
Daha sonra kustar üsulla hazırlanan və yola qoyulan partlayıcını işə salıblar.
Hazırda bölgədə terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlar davam edir.
Eyni zamanda təcilib tibbi yardım avtomobilləri də hadisə yerinə göndərilib.