Rusiya PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Qamışlı bölgəsinə əlavə hərbi qüvvə göndərib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, 50 yük maşını ilə göndərilən canlı qüvvə və hərbi texnika Raqqadan hərəkət edərək Qamışlıya çatıb.
Bölgəyə göndərilən dəstəkçi qüvvə Türkiyə Silahlı Qüvvələrinin əməliyyata əraziləri yaxınlığına dislokasiya edilib. Yəni qüvvələr Rusiyanın Qamışlı hava limanındakı hərbi bazasına yerləşdirilib.
Son addımadək Rusiyanın bölgədə 200 canlı qüvvəsi, çox sayda zirehli texnika və 6 tankı var idi. Bazaya nəzarət edən rus zabitlər yaxınlıqdakı yaşayış massivində müsadirə etdikləri villalarda yaşayırlar.
Qamışlıda hərbi varlığını gücləndirən Rusiyanın ABŞ qüvvələrinin nəzarət etdiyi Rümeylan neft sahələrinə yönəlik təzyiqləri artıracağı gözlənilir.