30 Sentyabr 2014 11:20
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Exxonmobil neft şirkəti sanksiyalar səbəbindən Rusiyada olan 10 layihəsindən 9-nu dondurub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin nümayəndəsi Alana Ceffers məlumat yayıb.

Onun sözlərinə görə, sentyabrın 26-də «Rosneft» ilə əməkdaşlıq çərçivəsində şirkət Qara dəniz, Qərbi Sibir və Arktika regionunda kəşfiyyat işləri aparmaqla bağlı razılaşdırmalara son qoyub. Buna səbəb layihə üzrə işlərin çox zaman tələb etməsidir.

Xatırladaq ki, sentyabrın 12-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edib. Bu qadağalarla, xüsusilə neft sektoru məhdudiyyətlər altına düşüb.

Samir


Müəllif:

Oxşar xəbərlər