12 Aprel 2020 00:20
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrinin liderləri yeni tip koronavirusa qarşı 540 milyard avroluq xilas paketini aprelin 23-də müzakirəyə çıxaracaq.

Teleqraf.com xəbər verir ki, AB-nin başçısı Çarles Nikel Kovid-19-un iqtisadi təsirlərinə qarşı maliyyə nazirlərinin razılaşdığı xilas paketinə dair fikirlərini açıqlayıb.

Xilasetmə zərfinin işləyənlərə, işlədənlərə və ölkələrə sürətli dəstək verəcəyini bildirən AB-nin rəhbəri əlavə edib ki, bu bənzərsiz paketlə böhranın yükünü bərabər bölüşmək mümkün olacaq.

Onun sözlərinə görə, aprelin 23-də AB liderləri yeni xilas zərfini müzakirəyə çıxaracaq.

Xatırladaq ki, AB üzv ölkələrinin maliyyə nazirləri Kovid-19-un yaradacağı problemlərə qarşı 100 milyard avroluq məşğulluqa dəstək proqramının qurulması, Avropa İnvestisiya Bankının (EİB) müəssisələrə 200 milyard avroluq kredit qarantiyasının təminatı, Avropa Sabitlik Mexanizminin (ESM) ölkələrə səhiyyə sahəsində istifadə etmək üçün 240 milyard avroluq kredit verilməsi üzərində anlaşıblar.

Koronavirusa qarşı tətbiq edilən siyasətin maliyyələşməsi üçün ortaq borc mexanizminin qurulması məsələsində anlaşa bilməyən maliyyə nazirləri bu istiqamətdə müzakirələri davam etdirməyi qərara alıblar.


Müəllif: Cavad

Oxşar xəbərlər