Nyu-York ştatında yeni koronovirus səbəbindən ölənlərin sayı sutka ərzində 783 nəfər artaraq 8 min 627 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomo məlumat yayıb.
“Dəhşətlisi odur ki, dünən ştatda 783 nəfər dünyasını dəyişib. Bu, qeydə alınan ən yüksək göstərici deyil”, - deyə qubernator bildirib.
Endryu Kuomo qeyd edib ki, aprelin 5-də Nyu-Yorkda koronavirus səbəbindən 599, aprelin 6-da 731, aprelin 7-də 779, aprelin 8-də 799, aprelin 9-da isə 777 nəfər ölüb: "Göstəricilər bir qədər sabitləşib. Lakin sabitləşmə dəhşətli səviyyədədir".