Türkiyədə son 24 saat ərzində daha 97 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib, 481 nəfər sağalıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1198 nəfərə çatıb.
Ölkədə 4 789 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 56 956 nəfərə yüksəlib.
Onun sözlərinə görə, intubasiya edilmiş xəstələrin sayında azalma müşahidə olunur.