Yeni tip koronavirus dünyanın 24 ölkəsində qızılca peyvənd kampaniyasının təxirə salınmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, BMT-nin Uşaqlara Dəstək Fondu (UNİCEF) koronavirus səbəbindən 117 milyon qızılca xəstəsi olan uşaqların vaksin problemi ilə üz-üzə qaldığını açıqlayıb.
Koronavirus pandemiyası səbəbindən 24 ölkədə qızılça vaksini kampaniyası təxirə salınıb.
UNİCEF belə vacib kampaniyaların davam etməsinin vacibliyini bəyan edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 il müddətində təhlükəsiz və təsirli vaksinin olmasına baxmayaraq qızılca xəstəliyində son illərdə artım qeydə alınıb və 140 mindən çox insan həyatını itirib.