Misirdə çevriliş etməyə cəhd edən 18 nəfərə hökm oxunub.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbərə verir ki, Misirdəki Minya Cəza məhkəməsi bu şəxsləri on səkkiz illik həbs və 18 min dollar pul cəriməsi ilə cəzalandırıb.
Yayılan məlumatlara görə, cəzalandırılan şəxslər qanunsuz təşkilatlara üzv olmaq, konstitusiya referendumunu boykot etmək, əsgər və polis əleyhinə icazəsiz mitinq keçirmək və ölkədə baş verən toqquşmalarda iştirak etməkdə ittiham olunub.
Samir