Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, liderlər ABŞ və Türkiyə arasındakı ikitərəfli münasibətləri, həmçinin koronavirusla mübarizəni müzakirə ediblər.
Bundan başqa, telefon danışığı zamanı regiondakı vəziyyət də daxil olmaqla NATO səviyyəsində tərəfdaşlıq və pandemiyanın iqtisadiyyata vurduğu ziyan diqqət mərkəzində olub.