30 Sentyabr 2014 17:27
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı 600 İraq əsgərini mühasirədə saxlayır.

Teleqraf.com Sabah qəzətinə istinadən xəbər verir ki, bu barədə İraqda Enbar Polis İdarəsinin rəisi Əhməd Saddak məlumat verib. Onun sözlərinə görə, İŞİD silahlıları Enbar rayonunun iki fərqli bölgəsində bu səhər 6 rotanı mühasirəyə alıb:

“Mühasirədə olan hissələrdə təxminən 600 əsgər var”.

Saddak 3 rotanın Enbarın mərkəzi Ramadinin şərqində, digər 3 korpusun isə Enbarın şimalındakı Zira Dəclə yolunda mühasirə altında olduğunu söyləyib. O mühasirə olan bölgələrin azad olunması üçün yeni hərbi hava hücumları hazırlandığını, ancaq bunu həyata keçirmək üçün uyğun vaxt gözlədiklərini qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər