22 Aprel 2020 12:49
2 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-dən etibarən İtaliya tədricən dünyaya açılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Cüzeppe Konte bildirib. O, deyib ki, karantin rejimindən iki mərhələli çıxmağa çalışılacaq.

Karantin rejimindən çıxdıqdan sonra yoluxmanın nəzarətsiz şəkildə arta biləcəyini xatırladan Konteyə görə, bu, indiyə qədər görülən bütün işləri boşa çıxara bilər:

“Peyvənd tapılana qədər maskalardan istifadə və sosial məsafənin qorunması məcburi addım kimi qalmalıdır. Ancaq bunun çətin olacağı da hamıya aydındır”.

İtaliya mətbuatına sızan məlumata görə, məsafə meyarlarına cavab verən mağazaların 2-ci mərhələdə açılmasına icazə verilsə də, yaxın həftələrdə restoran, park və kafelərin açılması virusun yayılmasının gedişatından asılı olacaq. Kafe, restoran və parkların 11 may tarixindən açılması ehtimalı olsa da, masalar arası məsafənin qorunması vacib şərt kimi tətbiq ediləcək. Kinoteatr, idman salonları və gecə klubları kimi isə risk səbəbindən karantinin sonuncu mərhələsində açılacaq. Mütəxəssislər bu xidmətlərin iyun ayında açılmasını vacib sayırlar.

Qeyd edək ki, İtaliyada ilk koronavirusa yoluxma fevralın 21-də qeydə alınıb. İndiyə qədər bu ölkədə COVİD-19-a 184 min insan isə yoluxub, 24 648 nəfər isə vəfat edib. Karantin rejimi martın 8-dən tətbiq edilib.


Müəllif: Cavad