Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə çərçivəsində Türkiyənin əldə etdiyi uğurların 5 səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir COVID-19 Türkiyədə yayılandan bəri ilk dəfə sağalanların sayının yoluxanları üstələməsinin hər kəsi ruhlandırdığını qeyd edib.
"Biz qızdırması, boğaz ağrısı, öskürək və başqa şikayətləri olan hər kəsi başqa ölkələrdən fərqli olaraq evdə qalmağa deyil, xəstəxanalara gəlməyə səslədik. Koronavirus testi etdiririk, cavab çıxmasını gözləmədən xlorokin /hidroksiklorokinlə müalicəyə başlayırıq. Azitromisin adlı antibiotiki digər ölkələrlə müqayisədə daha tez istifadə edirik. Bu da uğur nisbətimizə təsir edən vacib amil oldu. Favipiravirdən faydalandıq, tənəffüz problemi yaşayan xəstələrimizə yüksək təzyiqli oksigen terapiyasını erkən edirik. Öncül qabaqlayıcı strategiyalarımızdan biri də budur. Ağır tənəffüs çətinliyi olan reanimasiyadakı xəstələri ağzı üstə qoyaraq ağciyərdə oksigen/ karbon dioksid mübadiləsini asanlaşdırdıq. Bizim epidemiyanın başlanğıcından bəri tətbiq etdiyimiz bu sadə metoddan istifadə etmək bir çox ölkələrin hələ ötən həftədən ağıllarına gəlib".