27 Aprel 2020 10:20
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə atəşkəs rejimini pozan Suriya ordusu (Bəşər Əsəd) İdlib bölgəsini bombalamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın rejim qüvvələrinin koronavirusu bəhanə edərək atəşkəsi pozması barədə fikri məsələni yenidən gündəmə daşıyıb.

Son məlumatlara görə, Əsəd ordusu Ləzgiyənin şimalında və Türkiyə ilə sərhəd bölgələrində atəşkəs rejimini pozmağa başlayıb. Xüsusilə, Ət-Tüffahiyə və Cəbəl ət-Türkmən, Cəbəl əz-Zəviyə və İdlibin cənubunda yerləşən qəsəbələri raket və toplarla hədəf alıb.

Rəsmi Ankaranın bölgədəki son gəlişmələri yaxından təqib etdiyi, bu barədə Moskvanı məlumtalandırdığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər