ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın səhhəti ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev lideri keçirdiyi brifinqdə jurnalistlərə Kim Çen Inla bağlı yaxın gələcəkdə dəqiq məlumat ala biləcəklərini söyləyib:
“Sizə dəqiq bir şey deyə bilmərəm. Çox yaxşı xəbərim var, amma indi bu barədə danışmaq istəmirəm. Ona yalnız ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, hər şey yaxşıdır. Mən onun hazırda özünü necə hiss etməsindən xəbərdaram. Bu barədə siz yaxın vaxtlarda məlumat ala biləcəksiniz ”.