28 Aprel 2020 14:13
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar Çinin koronavirusun yayılmasının qarşısını ala bilməməsində daşıdığı məsuliyyətə görə, müxtəlif variantları nəzərdən keçirir, bu böyük pul deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Almaniya variantları araşdırır, biz də araşdırmaları davam etdiririk. Daha çox puldan bəhs edirik. Son qərarı verməmişik”, - prezident jurnalistlərə açıqlamasında bu sözləri qeyd edib.

Donald Trampın Çinin koronavirusun yayılmasındakı məsuliyyətinə görə ciddi araşdırmaların aparıldığını bildirib:

“Çox ciddi araşdırma aparırıq. Çindən məmnun deyilik. Bir çox məsələyə görə məsuliyyət daşıya bilərlər. Koronavirusun yayıldığı yerdə dayandırıla biləcəyinə inanırıq. Sürətlə qarşısı alına bilərdi və bütün dünyaya yayılmazdı”.


Müəllif: Mənsur Rəğbətoğlu