1 Oktyabr 2014 12:49
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri Qərbi İordanda 21 fələstinlini nəzarətə götürüb.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, şəxslər Qərbi İordanın Rüşeym, Nablus, Selfit, Beyt Lahim və Əl-Xəlil şəhərlərində İsrailə qarşı aksiyalarda iştirak etdiyinə görə gecə saatlarda saxlanılıb. Həbs olunanların istintaq üçün müvafiq qurumlara göndərildiyi qeyd edilib.

Fələstin orqanları bununla bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, İsrail ordusu tez-tez Qərbi İordana basqınlar təşkil edir və toqquşmalarda iştirakda şübhəli bilinən fələstinliləri həbs edir.

Samir


Müəllif: