1980-ci illərdən etibarən freqatları inventarından çıxaran ABŞ kiçik dənizlərdə fəaliyyətlərini artırmaq və hərbi dəniz qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək məqsədilə yenidən freqatların istehsalına başlayacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ donanması yeni nəsil raket freqatlarının istehsalı üçün “Marinette Marine” şirkəti ilə müqavilə imzalayıb.
İlk mərhələdə 10 freqatın istehsalı ediləcəyinin qeyd olunduğu açıqlamada bildirilib ki, idarə olunan raket freqatları çoxfunksiyalı olacaq.
Freqatların Gücləndirilmiş Hava Müşahidə Radarı (EASR) və “Aegis” hərbi sistemləri ilə təchiz olunacağını vurğulandığı məlumatda, alış planlarının 2017-ci ildə razılaşdırıldığı deyilib.