Son sutka ərzində Rusiyada hərbçilər arasında koronavirusa yoluxma sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hərbçilər arasında 1666 yoluxma faktı qeydə alınıb. Hərbi təhsil müəssisələrindəki kursantların isə 1244-ü koronavirusa yoluxub.
Onlar xəstəxana və təcrid mərkəzlərinə yerləşdirilib.
Koronavirus hazırda Rusiya ordusu üçün ən böyük təhlükə hesab edilir.