Pandemiya ərzində ABŞ-da koronavirusdan ümumilikdə 85 mindən çox insan ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatlarına görə, ABŞ ərazisində koronavirusa 1 milyon 405 min yoluxma qeydə alınıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 84 min 985 nəfər təşkil edir. ABŞ hər iki göstərici üzrə dünyada liderliyini saxlayır.