Çinin İsraildəki səfiri Du Veinin qəfil ölümü Pekinlə Təl-Əviv münasibətlərini gəginləşdirib.
Teleqraf.com xəbər verir ki, Çinin İsrail səfiri Du Vein mayın 17-də yaşadığı evdə qəfil vəfat edib.
Rəsmi Pekin elan edib ki, səfirin qəfil ölümünü araşdırmaq məqsədilə İsrailə xüsusi heyət göndərəcək. Heyətin araşdırmasından sonra səfirin cənazəsi dəfn edilmək üçün Çinə aparılacaq.
Qeyd edək ki, səfirin ölümü ilə bağlı İsrail polisi də araşdırma aparıb. İlkin dəyərləndirməyə görə, çinli diplomat evində infarkt keçirib.