18 May 2020 10:40
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən sahillərində İngiltərə gəmisinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Təşkilatı Yəmənin cənubunda onlara məxsus olan gəmiyə hücum edildiyini bəyan edib.

Açıqlamada qeyd edilir ki, hücum Aden körfəzində baş verib. Gəminin adı və hücum edənlər haqqında ətraflı məlumat verilməyb.

Heç bir silahlı quruplaşma hadisəni üzərinə götürməyib. Yəmən mediası isə elan edir ki, gəmi İngiltərənin neft şirkətlərindən birinə aid olub və ona hücum dəniz quldurları tərəfindən edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər