21 May 2020 11:18
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin adından səfehcəsinə danışır. Dünyaya yaydığı acının yönünü dəyişdirmək istəyir. Onların ABŞ və Avropa üzərindən etdiyi dezinformasiya və təbliğat hücumu rəzillikdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çin Xarici İşlər Nazirliyinin sözçüsü Kao Licienin son açıqlamasına reaksiya göstərərkən deyib.

Çinin COVİD-19 virusunu ilkin mərhələdə dayandıra biləcəyini, amma bunu etmədiyini bildirən Tramp əlavə edib ki, Çin böyük dezinformasiya kampaniyası aparır:

“Çünki Con Baydenin prezident seçkilərini udacağı və mənə qədər 10 illərlə ABŞ-ı aldatmağa davam edəcəkləri məsələlərində ümidsizdirlər”.

Xatırladaq ki, Çin XİN-in sözçüsü Kao Licien Pekində keçirdiyi mətbuat konfransında elan edib ki, Trampın Ümumdüya Səhiyyə Təşkilatı ilə bağlı ittihamları əslində ictimaiyyəti səhv yola istiqamətləndirməyə, Çinin virusla mübarizəsini qaralamağa və ABŞ-ın pandemiya ilə keyfiyyətsiz mübarizə aparmasını ört-basdır etməyə çalışır.

Sözçü Kao daha sonra ABŞ-da bəzi siyasətçilərin başqalarını ittiham etməyə və məsuliyyətdən qaçmaq cəhdlərinə son verməyə, beynəlxalq icimaiyyətlə əməkdaşlığı gücləndirməyi və virusa birlikdə qalib gəlməyi tövsiyə etdiklərini xüsusilə qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər