21 May 2020 19:04
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb. O, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, R.Kadırov Moskvaya təyyarə ilə aparılıb.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb.

Lakin respublika başçısının vəziyyəti pisləşməyə başlayıb. Bundan sonra həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Əhmədoviçdə artıq ağciyərlərin zədələnməsi qeydə alınıb.

Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər