22 May 2020 01:36
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Ağ Ev lideri “SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib.

“Ümidvaram media mənimlə birlikdə olacaq. Müxbirləri raketə qoyub bir müddət onlardan canımı qurtarmaq istərdim. Bu mənə müəyyən vaxt jurnalistlərdən istirahət etməyə imkan verəcək” - Tramp zarafatla deyib.


Müəllif: Teleqraf.com