22 May 2020 23:26
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVID-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin direktoru, REA-nın akademiki Aleksandr Ginzburq məlumat verib. O bildirib ki, təcrübə uğurlu olub: immunitet var, mənfi təsirlər aşkar edilməyib.

Akademik özlərinə vaksin vuran həmkarlarının adlarını dəqiqləşdirməyib, lakin onun sözlərinə görə, onlar mərkəzin əməkdaşları, o cümlədən ilkin tədqiqatların təşkilatçıları və texnoloqlardır. Ginzburq vurğulayıb ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir.

İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahı sahəsinə nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) başçısı Anna Popova bildirib ki, dərhal çoxlu vaksin dozası istehsal etmək imkanı olmasa, koronavirusa qarşı peyvəndi risk qrupunda olanlara vurmağa başlayacaqlar.

RF Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko bildirib ki, koronavirusa qarşı vaksinin sınaqlarının ilk nəticələri iyulun sonunda məlum olacaq. Onun sözlərinə görə, ilkin testlər qrafik üzrə gedir. Nazir bildirib ki, vaksinin işlənib hazırlanması ilə dərhal bir neçə müəssisə məşğul olur.


Müəllif: Teleqraf.com