İspaniyada COVİD-19-la mübarizə aparan səhiyyə personalı etiraz aksiyalarına başlayıb. Minlərlə həkim xəstəxanaların qarşısına çıxaraq müxtəlif şüarlar qaldırıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Madridin Georgio Maronon, La Paz, Oktubre xəstəxanaları, habelə, Barselonada Svero Ochoa klinikası da aksiyalara qoşulub.
Tibb personalının əllərində qaldırdığı plakatlarda “Biz yorulduq” şüarı üstünlük təşkil edib. Tibb işçiləri hökumətin xalqın sağlamlığına daha çox əhəmiyyət verməsi və şəraitlərinin yaxşılaşdırılması tələbini səsləndiriblər. Vətəndaşlar da tibb işçilərinin aksiyasına dəstək verib.
Xatırladaq ki, rəsmi rəqəmlərə görə, İspaniyada 235 mindən çox insan virusa yoluxub, 26834 nəfər isə həyatını itirib.