26 May 2020 11:37
2 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqində legitim hökumətə qarşı qiyam qaldıran general Xəlifə Haftar tərəfindən vuruşan Rusiyanın təhlükəsizlik şirkəti Vaqnerin muzdlu döyüşçülərini təxliyə etmək üçün 16 karqo təyyarəsi ilə uçuş həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, faktı Liviya Milli Keçid Hökumətindəki mənbələr təsdiqləyib.

Qeyd edilir ki, türk dronlarının dəstəyi ilə irəliləyən Liviyanın legitim ordusu qarşısında qiyamçı generala bağlı silahlılar geri çəkilməkdə davam edir. Ancaq Vaqner döyüşçüləri üçün göndərilən 16 təyyarənin muzdluları ölkədən çıxardığı və ya Liviyanın başqa bir ərazisinə aparıb-aparmaması məlum deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər