Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Kərim Rəcəbovun evinə naməlum şəxs daxil olaraq oradan 600 manat və 10 manat dəyərində stəkan dəsti oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Bağdagül Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.