30 May 2020 10:37
7 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaribəsi başlayandan bəri işğalçı Ermənistana dəstək olan İran bədnam qonşumuzla iqtisadi əlaqələrini genişləndirmək istiqamətində addımlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, İranın sənaye və ticarət nazirinin müavini və Ticari İnkişaf Təşkilatının rəhbəri Həmid Zadbumla Ermənistanın iqtisadiyyat nazirinin müavini Avak Avanesyan və bu ölkənin Tehrandakı səfiri Artaşes Tumanyan arasında videokonfrans formatında danışıqlar baş tutub.

Tərəflər görüşdə ikitərəfli ticari əlaqələrin, habelə gömrük sahəsində və regional məsələlərdə əməkdaşlığın artırılması ilə yanaşı, İranla Ermənistan arasında sənaye, mədən və ticarət sahələrində xüsusi işçi qrupunun yaradılması və "məhsul qarşılığında məhsul" mexanizminə əsaslanan barter üsulunun tətbiq edilməsi məsələlərində razılığa gəliblər.

Həmid Zadbum görüşdə qeyd edib ki, ölkəsi 2020-ci ilin sonlarından Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sahəsində müzakirələrə başlayacaq və razılaşma əldə edildiyi təqdirdə, Ermənistan İranın bu birliklə quru yoldan yeganə əlaqəsini təmin edə biləcək.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan isə yaxın günlərdə İranla ölkəsi arasında 3-cü elektrik nəqli xəttinin tikintisinin başlayacağını bəyan edib. Onun sözlərinə görə, qarşıdakı iki həftə ərzində xəttin inşası üçün İrandan Ermənistana 6 nəfərdən ibarət mütəxəssislər heyəti gələcək:

Xəttin tikintisinin 2020-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər