Suriya Prezidenti Bəşər Əsəd uzun fasilədən sonra yendə görünüb.
ANS TV-nin məlumatına görə, Bəşər Əsəd bu dəfə Qurban bayramı ilə əlaqədar bayram namazı qılmaq üçün Dəməşqdə əl-Numan bin Bəşir məscidinə gəlib.
Onu hökumət rəsmiləri və ölkənin ali dini rəhbəri Əhməd Bədrəddin Həssun müşayət edib.
Suriya Dövlət Televiziyasının verdiyi məlumata görə, Əsədin məscidə ziyarəti Birləşmiş Ştatların hərbi qüvvələrinin İŞİD silahlılarına qarşı keçirdiyi əməliyyatlar fonunda baş tutub.