13 İyun 2020 23:30
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənubunda 6,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Amami adası yaxınlığında, ocağı isə 160 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələ məlumat verilməyib.

Eləcə də sunami təhlükəsi elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər