Suriyanın İdlib şəhərinə raket zərbələri endirilib.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
ABŞ tərəfindən verilən açıqlamada raketlərin Pilotsuz Uçan Aparatlardan (PUA) atıldığı bildirilib.
Məlumatda hücumlarda “Əl-Qaidə” terror təşkilatının İdlibdəki qolu “Hürrəş əd-Din”in liderlərinin hədəf alındığı vurğulanıb.
ABŞ raketlərin hədəfə dəydiyini bildirib.