16 İyun 2020 15:58
2 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Liviyadakı son gəlişmələr haqda açıqlama verib.

Teleqraf.com xəbər verir ki, ölkədəki durumun kritik olduğunu deyən NATO baş katibi, Tərxunə şəhərində kütləvi insan məzarlığının ortaya çıxmasının narahatlıq yaratdığını bildirib.

O, beynəlxalq qurumları insan haqlarının kobud formada pozulması hallarına qarşı cinayət işi açmağa çağırıb.

Stoltenberq Rusiyanın Aralıq dənizindəki hərbi fəaliyyətləri haqda isə bunları söyləyib: “Rusiyanın bölgədəki fəaliyyətlərindən olduqca narahatıq. Xüsusilə də, Liviyadakı fəaliyyətlərindən”.


Müəllif: Mənsur Rəğbətoğlu