Uqanda hökuməti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində gələn il ölkədə keçiriləcək seçkilərdən əvvəl mitinqlərə icazənin verilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Uqanda Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki prosesinin gələn ay başlayacağı və kampaniyaların internet üzərindən təşkil olunacağı bildirilib.
Beş dönəmdir prezident kürsüsündə oturan dövlət başçısı Yoveri Museveni hələlik namizədliyini açıqlamayıb. 2017-ci ildə Museveninin önünü açmaq üçün prezidentlik üçün 75 yaş senzini aradan qaldırılmışdı.