20 İyun 2020 22:13
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün Tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 927 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 248 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 186 493 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər