24 İyun 2020 17:46
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov nümayəndə heyətinin iki üzvündə COVID-19 infeksiyasının aşkarlanması ilə əlaqədar olaraq Moskvadan qayıtdıqdan sonra özünü təcrid edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Qırğızıstan lideri rəhbərlik etdiyi nümayəndə heyətinin iki üzvündə COVID-19 aşkarlanması səbəbindən bu gün Moskvadakı qələbə paradında iştirak etməyib. Bundan əvvəl xəbər verildiyi kimi, prezidentin alqoritminə görə, nümayəndə heyətinin üzvləri və müşayiət edən şəxslər Moskvaya gəldikdən sonra koronavirus testindən keçiblər. Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkov və mühafizə xidmətinin bir əməkdaşında nəticələr müsbət olub. Nəticədə Qırğızıstan Prezidenti Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdən imtina etmək qərarına gəlib. Mətbuat xidməti qeyd edib ki, qırğız liderinin bu vəziyyətdə paradda iştirakı “tədbirlərdə iştirak edənlərə qarşı məsuliyyətsiz addım kimi qiymətləndirilə blərdi”.

“Prezident və onu müşayiət edənlər Bişkekə qayıtdıqdan sonra analiz nəticələri müsbət olanlarla bağlı bütün alqoritmə əməl olunacaq – 14 günlük özünütəcrid. Prezident və digər şəxslər də analiz nəticələri çıxana qədər, ehtimal ki, üç günə qədər özlərini təcrid edəcəklər”, – deyə mətbuat xidmətindən bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər