İranın Pardis rayonunda yerləşən hərbi baza yaxınlığında qaz partlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi deyib.
Bildirilib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, hadisə nəticəsində hərbi qurğulara da ziyan dəyməyib.
Hazırda təcili yardım xidmətləri hərbi obyektlərin yaxınlığında partlayışdan sonra baş verən yanğını söndürməyə bacarıb.
Partlayışın səbəbləri barədə məlumat veriləmyib.