Argentinalı inqilabçı Ernesto Çe Gevaranın Risario şəhərində dünyaya gəldiyi ev satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, mənzilin sahibi Fransisko Faruggiya 2002-ci ildə satın aldığı evi mədəniyyət mərkəzinə çevirmək istədiyini, ancaq bunu edə bilmədiyini bildirib.
Evin hansı qiymətə satıldığı barədə məlumat verilməyib.
O, keçmişdə Uruqvayın keçmiş dövlət başçısı Xose Pepe Mujika və Kuba lideri Fidel Kastronun evi ziyarət etdiyini deyib.