İspaniyalı alimlər Barselonadakı tullantı sularının nümunələrini əsasında COVID-19-un 2019-cu il martın 12-də şəhərdə mövcud olduğunu üzə çıxarıblar.
Teleqraf.com xəbər verir ki, Barselona Universitetinin tədqiqatçıları koronavirusun Çinin Uhan şəhərindən əvvəl İspaniyada tullantı sularında mövcud olduğunu aşkar ediblər.
2018-ci ilin yanvarından 2019-cu ilin dekabrınadək doqquz fərqli tarixdə dondurulmuş çirkab su nümunələri təhlil olunub. 12 Mart 2019-cu il tarixli nümunədə SARS-CoV-2 aşkar edilib. Elm adamlarının əldə etdiyi nəticələrlə koronavirusun Barselonanın tullantı sularında Çində rəsmi elan edilməzdən təxminən bir il əvvəl olduğu ortaya çıxıb.