2 İyul 2020 22:39
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə, əslində Prezident Vladimir Putinə etimad barədə referendum idi”

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin söyləyib.

“2024-cü ildə namizəd olub-olmayacağına özü qərar verəcək. İnanıram ki, digər dövlətlər Rusiyaya böyük hörmətlə yanaşacaq, vətəndaşlarımızın onu dəstəklədiyini başa düşəcəklər”.

Prezidentin mətbuat katibi Dmitri Peskov səsvermənin nəticələrini zəfər hesab etdiyini söyləyib: “Əslində de-fakto Prezident Putinə etimad barədə referendum keçirildi" dedi.

İyulun 25-dən iyulun 1-dək Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə baş tutub. Nəticələrə görə, rusların 77.92%-i düzəlişlərin qəbul edilməsinə səs verib. Fəallıq təxminən 65% təşkil edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər