Tokionun qubernatoru Koike Yuriko əhalini paytaxtın koronavirus infeksiyasının artdığı gecə həyatı məkanlarına getməməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qubernator paytaxtda son sutka ərzində 107 nəfərin koronavirusa yoluxduğu barədə məlumatların yayılmasından dərhal sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı bildirib. Qubernator deyib ki, koronavirusa yoluxanların əksəriyyəti 20-30 yaş arasındadır və onlar gecə saatlarında əyləncə rayonlarında olublar. Buna görə də o, Şincuku və İkebukuro rayonlarında yerləşən həmin gecə barlarına getmiş şəxsləri istirahət günü götürməyə və yoxlamadan keçmək üçün səhiyyə müəssislərinə müraciət etməyə çağırıb.
Qeyd edək ki, mayın 2-dən bəri ilk dəfə olaraq paytaxtda koronavirusa yoluxanların sayı 100 nəfəri ötüb.
Mütəxəssislərin rəyinə əsaslanan xanım qubernator bildirib ki, hazırda Yaponiya paytaxtında infeksiyanın artmasının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır.
K.Yoike Tokio sakinlərini və işgüzar dairələri maksimum ehtiyatlı olmağa, infeksiyanın profilaktikası ilə bağlı tədbirlərə riayət etməyə çağırıb.