3 İyul 2020 10:53
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza sektorunda fələstinli dirəniş qruplarına qarşı dağıdıcı əməliyyat keçirmək məqsədilə fəaliyyət göstərən və İsrail kəşfiyyatına işləyən casus şəbəkəsi çökdürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda təhlükəsizlik qüvvələrinin müşahidəsi altına alınan şübhəli şəxslərin izlənildiyi və barələrində aparılan araşdırmalar nəticəsində saxlanıldığı bildirilib. Keçirilən əməliyyat nəticəsində Qəzza zolağının dağıdılması zamanı istifadə edilən texniki qurğular və İsrail kəşfiyyatının onlara verdiyi külli miqdarda pul ələ keçirilib.

Açıqlamada araşdırmalar nəticəsində İsrail kəşfiyyat zabitləri tərəfindən idarə edilən qrupun gələcəkdə Qəzzada dirəniş qruplarına qarşı qanlı əməliyyat planlaşdırdıqları üzə çıxıb.


Müəllif: Cavad